• Bakı 19° C

    1.37 m/s

63 kiloqram narkotik vasitə aşkarlandı - FOTO

HADİSƏ

14 Sentyabr 2025 | 09:41 | Müəllif: Subhan Mahmudov

63 kiloqram narkotik vasitə aşkarlandı - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.


63 kiloqram narkotik vasitə aşkarlandı - FOTO63 kiloqram narkotik vasitə aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR