Tovuzda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, rayon sakini qatar yoluna çıxıb və hadisə qaçılmaz olub.
Məsələ ilə bağlı ADY-nin mətbuat xidmətindən soruğumuza cavab olaraq bildirilib ki, bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qarşısına qəfil insan çıxıb:
“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”./Qafqazinfo