Xəbər verdiyimiz kimi, Kliniki Tibbi Mərkəzin (KTM) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Gülümov təhqir olunub.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaş Ruzbeh Gülümovun təhqir edilməsi ilə bağlı polisə müraciət daxil olub.
"Hazırda müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır",- C.Qənbərli qeyd edib.
Əli Hüseynov
***
17:26
Kliniki Tibbi Mərkəzin (KTM) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Gülümovu (Məmməd) hədələyirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə paylaşımında bildirib.
Onun sözlərinə görə, instaqram istifadəçisi, özünü "Hulya tv"nin "rəhbəri" kimi təqdim edən bir şəxs klinika haqqında şantaj videoları paylaşdığı üçün ona irad bildirb:
R.Məmməd qeyd edib ki, həmin şəxs dünən zəng və votsapdan təhqiredici sözlər səsləndirib. Dediyinə görə, məsələylə bağlı Daxili İşlər Nazirliyinin (DİN) 102 "qaynar xətt"inə bildiib:
"Bu gün iş yerimə basqın edib, məni tapıb cəzalandıracağını bildirib. Belə adamlar bu qədər niyə azad olmalı və polisə bildirilirsə niyə ölçü götürülmür? DİN-i günahlamdırmıram, belə "ağıllı" adamlar çoxdur, bilirəm, məşğul edirlər".
Murad Məmmədli