• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Suriyada başlayan meşə yanğını Türkiyəyə keçdi

DÜNYA

14 Avqust 2025 | 23:30 | Müəllif: Subhan Mahmudov

Suriyada başlayan meşə yanğını Türkiyəyə keçdi

Suriyanın Latakiya, Həma və Tartus əyalətlərində başlayan meşə yanğınları Türkiyə ərazisinə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, qızmar istilər Suriyada meşə yanğınlarına səbəb olub. Türkiyə ilə sərhəd ərazilərdə başlayan yanğın Hatay vilayətinin Yayladağı rayonunda meşəlik əraziyə keçib.

Hazırda hər iki ölkə yanğına havadan və qurudan müdaxilə edir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026