• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Sabirabadda bazarda yanğın olub - VİDEO

HADİSƏ

14 Avqust 2025 | 22:12 | Müəllif: Subhan Mahmudov

Sabirabadda bazarda yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mərkəzi bazar ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişət tullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmiş birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədə quru ot yanıb.

Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026