• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb

GÜNDƏM

15 Avqust 2025 | 11:40

Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb

Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi Vidadi Məmmədov APA-ya müsahibəsində bildirib ki, xüsusi icra məmurları cinayət və inzibati xəta işləri, dövlət orqanlarının tərəf olduğu bəzi mübahisələr və uşağın mənafeyi ilə bağlı işlər istisna olmaqla, bütün digər qərarların icrasını həyata keçirə biləcəklər.

Vidadi Məmmədov qeyd edib ki, uşağın mənafeyi ilə bağlı olan işlərdən yalnız alimentlə əlaqədar qərarların icraatı xüsusi icra məmurlarına verilə biləcək: “Xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub. Ən mühüm məqam odur ki, hazırkı dövrdə icra qurumlarında olan işlərin bir hissəsinin də tədricən xüsusi icra məmurlarına yönəldilməsi planlaşdırılır. Bu həm iş yükünü azaldacaq, həm də vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək”.


SON XƏBƏRLƏR

14 Avqust 2025