• Bakı 23° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İlin ikinci Ay tutulması BAŞLADI

GÜNDƏM

07 Sentyabr 2025 | 19:58

İlin ikinci Ay tutulması BAŞLADI

2025-ci ilin ikinci Ay tutulması baş verir.

Bakıvaxtı.az xəbər verir ki, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.

    Ay tutulmasının vaxt cədvəli

    Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.

    Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq.Tam tutulma 82 dəqiqə davam edəcək.

    Ay tutulmasını Azərbaycanda da görmək mümkün olacaq

    2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları Qanlı Ay tutulmasını canlı izləyə bilərlər.


    SON XƏBƏRLƏR

    06 Sentyabr 2025