• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Fransa Ukrayna üçün ABŞ-dən silah alınmasında iştirak etməyəcək

DÜNYA

16 Iyul 2025 | 12:31

Fransa Ukrayna üçün ABŞ-dən silah alınmasında iştirak etməyəcək

Fransa Ukrayna üçün ABŞ-dan silah alınmasını nəzərdə tutan beynəlxalq təşəbbüsə qoşulmaq niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, “Politico” qəzetinin mənbələrinə istinadla yaydığı məlumatına görə, Paris öz müdafiə sənayesini inkişaf etdirməyə üstünlük verdiyi üçün təşəbbüsə qoşulmaqdan imtina edib.

“Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir ki, Avropa ölkələrini müdafiə məhsullarını öz sənayeləri hesabına təmin etməyə çağırır. Məhz bu yanaşma Fransanın ABŞ silahlarının alınması planına qatılmamasına səbəb olub”, - deyə nəşrin həmsöhbətləri bildirib.

NATO-nun Baş katibi Mark Rüttenin ABŞ Prezidenti Donald Trampla görüşündə bu təşəbbüsə qoşulmağa hazır olan ölkələri sadalayarkən Fransanın adı səsləndirmədiyi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu həftə Ukraynaya silah tədarükünün yeni sxemini təqdim edib. Onun planına görə, ABŞ Avropa ölkələrinə milyardlarla dollarlıq silah – raketlər, hava hücumundan müdafiə sistemləri və sursatlar satacaq və onlar sonradan Ukraynaya göndəriləcək. Avropa ölkələri isə ehtiyatlarını yenidən ABŞ istehsalçılarının hesabına dolduracaq. Birləşmiş Ştatların dövlət başçısı bu sxemin NATO müttəfiqləri ilə tam razılaşdırıldığını və yaxın vaxtlarda reallaşdırılacağını bildirib.

Bir müddət öncə Çexiyanın Baş naziri Petr Fiala da ölkəsinin bu layihəyə qatılmayacağını və Ukraynaya yardımı başqa yollarla davam etdirəcəyini bəyan edib.


SON XƏBƏRLƏR