BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa İttifaqına (Aİ) çağırış edib.
Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, Aİ qanuni olaraq İsraillə Assosiasiya Sazişini dayandırmağa borcludur.
Albanese İsrailin beynəlxalq hüquq normalarını pozduğunu əsas gətirib.
Məruzəçi Aİ-nin bu pozuntulara qarşı konkret addımlar atmalı olduğunu vurğulayıb.
O, İsraillə münasibətlərin hüquqi və siyasi çərçivədə yenidən dəyərləndirilməsini tövsiyə edib.
Əli Hüseynov