Çində bir nəfər Yaponiya vətəndaşı casusluq ittihamı ilə həbs edilib.
Bakıvaxtı.az Yaponiyanın Pekindəki səfirliyinə istinadən xəbər verir ki, sözügedən şəxs 3 il yarım müddətinə həbs cəzasına məhkum edilib.
Belə ki, sözügedən şəxsin kimliyi açıqlanmayıb. Yaponiya mediası onun altmış yaşlarında olduğunu və Çində Yaponiyaya məxsus olan “Astellas Pharma İnc”-adlı dərman şirkətində işlədiyini xəbər verib.
O, 2023-cü ilin mart ayından bəri saxlanılıb.
Casusluqda ittiham edilən şəxsin məhkəmə prosesində Yaponiya səfiri iştirak etsə də, yaponiyalı jurnalistlər məhkəmə zalına buraxılmayıb.