• Bakı 21° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Ərdoğan 250 minlik ayaqqabı geyinib? - AÇIQLAMA

DÜNYA

16 Iyun 2025 | 13:33

Ərdoğan 250 minlik ayaqqabı geyinib? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftənin cümə namazından sonra çəkilən görüntüləri sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Ərdoğanın fərqli görünüşə malik ayaqqabılarının  250 min lirə (təxminən 13 min manat) olduğu və xaricdə istehsal edildiyi iddia edilib.

Qeyd edək ki, görüntülər ötən həftənin cümə günü Muğla vilayətində yerləşən məscidin çıxışında çəkilib.

Lakin Türkiyə Prezidenti Administrasiyasına Dezenformasiya ilə Mübarizə Mərkəzi bu xəbərlərin yalan olduğunu bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, dövlət başçısının geyindiyi ayaqqabı heç bir xarici brendə aid deyil, tamamilə yerli istehsalçının məhsuludur.

"İddia edilən qiymət və marka ilə heç bir əlaqəsi yoxdur", - Mərkəz qeyd edib.

Açıqlamada həmçinin vurğulanıb ki, Prezident Ərdoğan milli sənayenin inkişafına öncüllük edir və Türkiyənin yerli istehsal gücünün artırılması, xarici asılılığın azaldılması istiqamətində atılan addımları dəstəkləyir.


SON XƏBƏRLƏR