Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə futbolundakı mərc qalmaqalı və bununla əlaqədar aparılan istintaqla bağlı danışıb.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı istintaq prosesinin heç bir klub fərqi qoyulmadan, sonadək və qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Prezident Ərdoğan son hadisələrin onları ciddi məyus etdiyini bildirib: “İdarəçisindən tutmuş futbolçusuna qədər bir çox şəxsin bu prosesdə yer alması, adlarının bu cür qalmaqallarla hallanması, ölkəmizdə belə hadisələrin yaşanması bizi həqiqətən sarsıdıb. Bu, insanı heyrətə gətirən bir mənzərədir”.
Rəcəb Tayyib Ərdoğan milyonlarla transfer haqqı alan şəxslərin bu cür işlərə qarışmasını anlamaqda çətinlik çəkdiyini deyib: “Rəhbərlər bunu necə edə bilirlər? Futbolun ruhu ədalətdir. Əgər biz bu ədaləti təmin edə bilməsək, meydanlarda əldə olunan heç bir nəticə bizi qane etməz”.
Bakı 



