• Bakı C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

ABŞ startapı Ayda otellər tikməyi planlaşdırır

DÜNYA

13 Yanvar 2026 | 14:17

ABŞ startapı Ayda otellər tikməyi planlaşdırır

ABŞ-nin San-Fransisko şəhərində fəaliyyət göstərən GRU Space startapı Ayda ilk otellərin inşasını planlaşdırır. Şirkət 2032-ci ildən etibarən turistlərin Aya göndərilməsini hədəfləyir.

Bakıvaxtı.az xarici medaiaya istinadla xəbər verir ki, GRU Space bu planlarını kosmosa yük daşınmasının son illərdə xeyli ucuzlaşması ilə əsaslandırır. Şirkət hesab edir ki, SpaceX və Blue Origin kimi şirkətlər arasında artan rəqabət kosmik uçuşların maya dəyərini daha da azaldacaq. Bundan əlavə, varlı şəxslər üçün kosmos artıq “super-premium” turizm istiqamətinə çevrilməkdədir.

İlk mərhələdə turistlər Ay səthinə şişmə modullar şəklində otellərlə birlikdə aparılacaq. Bu modullar 2-4 nəfər üçün nəzərdə tutulub. Şirkətin iddiasına görə, ilkin mərhələdə bir turist üçün səfərin qiyməti təxminən 416 min dollar olacaq.

Sonrakı mərhələdə daha iri və daimi otellərin tikilməsi planlaşdırılır. Bu obyektlər 10 qonaq qəbul edə biləcək və “tur paketinin” qiymətinin 83 min dollara qədər enə biləcəyi bildirilir. Texnologiyaların sınağı üçün hazırlıq uçuşları 2029 və 2031-ci illərə planlaşdırılıb.

Qeyd edək ki, GRU Space şirkəti Kaliforniya Universitetinin (Berkli) məzunu Skayler Çan tərəfindən təsis edilib və Y Combinator biznes-inkubatorundan maliyyə dəstəyi alıb. Şirkət artıq gələcək missiyalar üçün ilkin qeydiyyata başlayıb, qeydiyyat haqqı 1 000 dollar təşkil edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR