• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 90 % artıb

DÜNYA

12 Fevral 2026 | 14:15

Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 90 % artıb

2025-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 71 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az "BP-Azerbaijan" şirkətinin tərəfdaşları adından 2025-ci il üzrə açıqladığı hesabatda qeyd edilib.

Bu, 2024-cü ilin nəticələri ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 12,3 % azdır.

Ötən il boru kəmərinin əsaslı xərcləri 38 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 90 % çoxdur.

2025-ci ildə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 0,9 milyon kubmetr və ya 1,4 % çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), "LUKoil" (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) çıxış edirlər.


SON XƏBƏRLƏR