İsveçrədə iyun ayında ölkə əhalisinin 10 milyonla məhdudlaşdırılması təklifi ilə bağlı referendum keçiriləcək.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, sağçı İsveçrə Xalq Partiyasının dəstəklədiyi təşəbbüs əhalinin 2050-ci ilə qədər bu rəqəmi keçməməsini hədəfləyir.
Qeyd edək ki, əhali 9,5 milyonu keçərsə, hökumət və parlament qanuni tədbirlər görməyə məcbur olacaq.
Eyni zamanda seçicilər dövlət qulluğu islahatı və mülki xidmətə çıxış qaydalarının sərtləşdirilməsi məsələsində də səs verəcəklər.
Əli Hüseynov
Bakı 



