• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Xalqı yox, özümüzü döyməliyik - Pezeşkian

DÜNYA

12 Fevral 2026 | 12:29

Xalqı yox, özümüzü döyməliyik - Pezeşkian

“Mənim xalqa xidmət etməkdən başqa niyyətim yoxdur, heç vaxt var-dövlət, şöhrət və ya status axtarmamışam və yeganə məqsədim xalqa xidmət etmək və onların problemlərini həll etməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Hökumət burada problem yaratmaq üçün deyil, onları həll etmək üçündür. Biz xalqa problem yaratmağa gəlməmişik, məqsədimiz onun problemlərini həll etməkdir. Bu, xalqla empatiya və əməkdaşlıq olmadan mümkün deyil”, - o bildirib.

Məsud Pezeşkian əlavə edib ki, hökumət xalqa düzgün xidmət etsə, narazılıq da olmayacaq:

“Özümüzü düzəltməliyik, insanları yox, özümüzü döyməliyik. Niyə qurumlarımız vəzifələrini yerinə yetirmir və xalqın narazılığına səbəb olur? Niyə xalqın sözünü dinləməməliyik? Özümüzə baxmalı və özümüzü islah etməliyik. Hökumətin bütün səyləri bu prosesi düzəltməkdir, amma davranışları dəyişmək asan deyil, bunu göstəriş və ya fərmanla etmək mümkün deyil”.

İran Prezidenti qeyd edib ki, o, heç vaxt yerinə yetirə bilməyəcəyi vəd vermir: “Parlament üzvləri, regional rəhbərlər, hətta din xadimləri gözləntiləri artırırlar, biz yalnız imkanlarımız qədər vəd verməliyik. Şəxsən mən yalan vəd vermirəm ki, sonra kimsə çıxıb “niyə dediniz və etmədiniz?” deməsin”./Teleqraf 


SON XƏBƏRLƏR

11 Fevral 2026