Fransanın sağçı Milli Birlik partiyasının rəhbəri Marin Le Penin gələcək prezident seçkilərində iştirakı Parisdə başlayan apellyasiya məhkəməsinin qərarından asılı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin mart ayında birinci instansiya məhkəməsi Le Pen, onun partiyası və digər şəxsləri Avropa Parlamentinin vəsaitlərinin məqsədyönlü olmayan istifadəsi sistemini yaratmaqda təqsirli bilib. Ümumilikdə dəyən zərər təxminən 4,5 milyon avro olaraq qiymətləndirilir.
İttiham olunan 24 nəfərdən yalnız 12-si apellyasiya məhkəməsinə müraciət edib, qalanları isə məhkəməyə getməyib ki, bu da onların günahını əlavə olaraq etiraf etməsi kimi qiymətləndirilir.
Bildirilir ki, məhkəmənin nəticəsi birbaşa olaraq Marin Le Penin 2027-ci il prezident seçkilərində iştirak imkanına təsir göstərəcək.
Bakı 




