• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Kavelaşvili: Gürcüstan regional sülh prosesinə xarici aktorların qoşulmasını alqışlayır

DÜNYA

12 Fevral 2026 | 14:20

Kavelaşvili: Gürcüstan regional sülh prosesinə xarici aktorların qoşulmasını alqışlayır

Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi tərəqqi vektoru dəyişməz olaraq qalır. Bunu Gürcüstanın Cənubi Qafqazda ənənəvi sülhməramlı siyasəti sübut edir. Buna görə də biz bu prosesə xarici aktorların qoşulmasını yalnız alqışlayırıq.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə rəsmi səfərdə olan xorvatiyalı həmkarı Zoran Milanoviçlə keçirdiyi birgə birifinqdə deyib.

    O qeyd edib ki, yeni geosiyasi reallıq Orta Dəhlizin önəmini əhəmiyyətli dərəcədə artırıb.

    "Gürcüstan Orta Dəhlizin inkişafı, təhlükəsizliyi və səmərəli fəaliyyəti üçün mümkün olan bütün addımları atır", - Kavelaşvili əlavə edib.


    SON XƏBƏRLƏR