İran xarici işlər naziri Abbas Əraqçi Almaniya Kansleri Fridrix Mertsin ölkə rəhbərliyini tənqid edən bəyanatlarına reaksiya verərək bu ölkəni insan hüquqları sahəsində ikili standartlarda ittiham edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
A.Əraqçinin sözlərinə görə, Almaniya belə bəyanatlar üçün ən az uyğun tərəflərdən biridir, çünki onun insan hüquqları məsələlərində nüfuzu Berlinin İsrailin Qəzzadakı müharibəsinə dair mövqeyi ilə tamamilə sarsılıb.
O qeyd edib ki, İran "dinc sakinləri və polisləri öldürən terrorçulara qarşı mübarizə aparır".
Bakı 




