• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

ABŞ NATO-nun yeni versiyasını yaratmaq istəyir

DÜNYA

12 Fevral 2026 | 15:08

ABŞ NATO-nun yeni versiyasını yaratmaq istəyir

Avropa və ABŞ Şimali Atlantika Alyansı çərçivəsində tərəfdaşlığa əsaslanan NATO-nun yeni versiyasını – "NATO 3.0"ı yaratmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi NATO-nun qərargahında nazirlər toplantısı başlamazdan əvvəl bildirib.

"2025-ci ildə ABŞ Prezidenti Donald Trampın və NATO Baş katibi Mark Ruttenin liderliyi sayəsində yenidən qiymətləndirmə baş verib və Avropanın NATO-nun konvensional müdafiəsinə rəhbərlik etməsi ideyasına əsl səmimi sadiqlik yaranıb", - Kolbi deyib.

O qeyd edib ki, bu proses müəyyən mənada "NATO 1.0"a – diqqətini müdafiə və çəkindirməyə yönəldən ciddi Alyansa əsl qayıdışdır.

"Bizim birgə tərəfdaşlıq işi üçün həqiqətən sarsılmaz əsasımız var, lakin NATO-nu asılılığa deyil, tərəfdaşlığa əsaslanan və NATO-nun ilkin təyinatına əsl qayıdış olan bir növ "NATO 3.0"-a çeviririk", - Elbric Kolbi əlavə edib./Report


SON XƏBƏRLƏR