Almaniyanın "Mercedes-Benz" şirkətinin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dünyaca məşhur avtomobil istehsalçısı rəsmi məlumat yayıb.
Bildirilib ki, "Mercedes"in gəlirləri təxminən 49% azalaraq 10.4 milyard avrodan 5.3 milyard avroya düşüb.
Mənfəətin azalmasının səbəbləri sırasında rüsumlar, məzənnənin mənfi təsiri, həmçinin ilk növbədə Çin istehsalçıları tərəfindən artan rəqabət göstərilir.
Qeyd olunur ki, nüfuzlu avtomobil istehsalçısının ticarət dövriyyəsi 9% azalaraq, 132.2 milyard avroya düşüb. Faizlər və vergilər çıxılmazdan əvvəl əməliyyat mənfəəti 57% azalaraq, 5.82 milyard avro olub.
Ümumilikdə şirkət ötən il təxminən 2 milyon 160 min ədəd minik avtomobili və mikroavtobus satıb. Bununla yanaşı, Çində "Mercedes"in satışı 19% azalıb./Oxu.Az
Bakı 




