• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

İDDİA: Bilal Ərdoğan AKP-nin sədri olacaq

DÜNYA

12 Fevral 2026 | 15:47

İDDİA: Bilal Ərdoğan AKP-nin sədri olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “BirGün” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Ərdoğan müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə məsələni müzakirə edib:

“Tərəflər xarici çağırışlar və digər amilləri nəzərə alaraq razılığa gəliblər ki, Bilal Ərdoğan noyabrda partiyanın rəhbərliyini öz üzərinə götürsün. Məsələ ilə əlaqədar AKP daxilində konsensus var. Partiya daxilində açıq etiraz edən olmayıb”.


SON XƏBƏRLƏR