Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin xahişi ilə 2026-cı ildə Çeçenistan Respublikasında keçiriləcək prezident seçkilərində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kadırov özü məlumat verib.
"Əgər Rusiya Federasiyasının prezidenti Vladimir Putin bunu təklif etsə və xalq dəstəkləsə, mən seçkilərə gedəcəyəm", - deyə o bildirib.
Regional qubernatorluğa namizədliyini irəli sürməyə hazır olub-olmadığı sualına cavab olaraq Kadırov qeyd edib ki, bu, ciddi məsələdir.
"Məndən soruşsanız, mən artıq hakimiyyətdən və xalqa xidmət etməkdən bezmişəm. Düşünürəm ki, yeni qüvvələr, yeni insanlar daha maraqlı olardı və fərqli insanlar olsaydı vəziyyət yaxşılaşardı", - Çeçenistan rəhbəri bildirib.
Bakı 



