• Bakı C

    13.39 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Sırskiy: Rusiya müharibə başlayandan bəri...

DÜNYA

13 Yanvar 2026 | 17:35

Sırskiy: Rusiya müharibə başlayandan bəri...

24 fevral 2022-ci ildən bu yana Rusiya Ukraynaya qarşı 13 300-dən çox raket və 142,3 min zərbə tipli pilotsuz uçuş aparatından istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiy NATO-nun quru qoşunlarının komandanı general Kristofer Donahyu ilə telefon söhbəti zamanı bildirib.

    Onun sözlərinə görə, cəbhə xəttində vəziyyət mürəkkəb olaraq qalır: “Şəxsi heyət, silah-sursat və hərbi texnikada böyük itkilərə baxmayaraq, Rusiya hücum əməliyyatlarını davam etdirir”.

    Baş komandan vurğulayıb ki, Rusiya arxa cəbhə və mülki infrastruktur obyektlərini məqsədyönlü şəkildə hədəfə alır, şaxtalı havalardan “ukraynalılara qarşı əlavə təzyiq və terror aləti” kimi istifadə edir. Baş Qərargahın məlumatına görə, yalnız 2026-cı ilin yanvar ayında Rusiya Ukrayna ərazisinə qarşı altı iri miqyaslı raket və dron hücumu həyata keçirib.

    O qeyd edib ki, NATO-nun quru qoşunlarının Baş komandanı ilə müzakirələrin vacib mövzularından biri Rusiyanın təcavüzünün dəf edilməsi üçün Ukrayna Silahlı Qüvvələrinin operativ ehtiyacları olub.

    “Əsas prioritet ABŞ tərəfi də daxil olmaqla təqdim oluna bilən hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının əldə edilməsi yolu ilə Ukraynanın HHM-nin gücləndirilməsidir”, – Sırskiy bildirib.


    SON XƏBƏRLƏR