"Almaniya hakimiyyəti silah sektorunda Çin və ABŞ-dən asılılığını azaltmağı planlaşdırır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, son aylarda Almaniya Müdafiə Nazirliyinin rəsmiləri Çin və ABŞ-nin alman şirkətlərinə komponent və texnologiyaların tədarükündəki payını qiymətləndirirlər. Eyni zamanda, nazirlik bu tədarükləri azaltmaq üçün plan hazırlayır.
Bu məqsədə çatmaq üçün tədbirlərdən biri olaraq, Müdafiə Nazirliyi müqavilələr imzalayarkən Avropada təchizat zəncirləri qurmuş şirkətlərə üstünlük verilməsini təklif edir.
Əli Hüseynov
Bakı 




