• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

HƏMAS bu ay yeni lider seçməyi planlaşdırır

DÜNYA

13 Yanvar 2026 | 19:32

HƏMAS bu ay yeni lider seçməyi planlaşdırır

HƏMAS hərəkatı bu ay ərzində yeni lider seçməyi planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu "Reuters" agentliyinə təşkilatdakı iki mənbə bildirib.

Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur.

Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur.

Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya daxildir. Onun sələfi İsmayıl Haniyə isə 2024-cü ildə İrana səfəri zamanı İsrail tərəfindən öldürülmüşdü.

Mənbələrin sözlərinə görə, seçki prosesi artıq başlayıb. HƏMAS lideri 50 nəfərlik Şura tərəfindən gizli səsvermə yolu ilə seçilir.

 


SON XƏBƏRLƏR