• Bakı C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Fransa XİN nümayəndəsi Minskdə səfərdə olub

DÜNYA

12 Fevral 2026 | 17:56

Fransa XİN nümayəndəsi Minskdə səfərdə olub

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Brays Rokfeyl 5 və 6 fevral tarixlərində Belarus tərəfinin dəvəti ilə Minskə səfər edib və orada Belarus xarici işlər nazirinin müavini İqor Sekreta ilə görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Belarus diplomatik missiyasının mətbuat katibi Ruslan Varankov bildirib.

"Biz təsdiq edirik ki, 5 və 6 fevral tarixlərində Fransa Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Təhlükəsizlik Məsələləri Baş Departamentinin Kontinental Avropa Departamentinin direktoru Brays Rokfeyl Belarus tərəfinin dəvəti ilə Minskə səfər edib", - deyə o bildirib.

Varankov əlavə edib ki, Fransa nümayəndəsi Belarus xarici işlər nazirinin müavini ilə görüşüb. Mətbuat katibi əlavə edib: "Belarus tərəfi həm Fransa, həm də digər Qərb ölkələri ilə müntəzəm işgüzar əlaqələr saxlayır". 

Aynur Babazadə


SON XƏBƏRLƏR