Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar 15 dekabr bazar ertəsi günü Berlində davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.
Baxılan konkret təkliflər hələ açıqlanmayıb. Lakin qəzet hesab edir ki, ABŞ hökuməti ən azı ilkin olaraq, Berlin danışıqlarına uğur qazanmaq üçün şans verib.
Bazar günü Berlindəki Almaniya Kansleri Aparatında Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Vitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxildir. Ukrayna nümayəndə heyətinə prezident Volodimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov daxildir. Almaniya Kansleri Fridrix Merz qısa salamlama nitqindən sonra iclas otağını tərk edib.
Bakı 



