Kamboca-Tayland sərhədində bu ayın əvvəlindən bəri şiddətlənən münaqişə nəticəsində 12 kambocalı həlak olub, 74 nəfər yaralanıb və 400 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Tayland ordusu Kambocanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hücumlarda qırıcı təyyarələr də daxil olmaqla ağır silahlardan, eləcə də kaset bombalarından istifadə edib: "Tayland ordusunun son doqquz gün ərzində hücumu zamanı mülki şəxslər, evlər, körpülər, məktəblər, xəstəxanalar və məbədlər hədəfə alınıb. 14 dekabr axşamı etibarilə 120.814 ailə (403.601 nəfər) qaçmağa məcbur olub".
Bakı 



