• Bakı C

    15.62 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

ABŞ-ın bir hissəsi olmaqdansa, bu ölkəyə qoşularıq - Nilsen

DÜNYA

13 Yanvar 2026 | 23:32

ABŞ-ın bir hissəsi olmaqdansa, bu ölkəyə qoşularıq - Nilsen

ABŞ-nin bir hissəsi olmaqdansa, Danimarkaya qoşulmaq daha yaxşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen deyib.

"Hazırda geosiyasi böhranla üzləşirik və əgər indi ABŞ ilə Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçəcəyik", - Qrenlandiyanın Baş naziri bildirib.

Nilsen vurğulayıb ki, Qrenlandiya ABŞ-a məxsus olmaq istəmir:

"Danimarkanın Baş naziri Mette Frederiksen ilə danışdım. O, ən yaxın müttəfiqinin tamamilə qəbuledilməz təzyiqinə müqavimət göstərməyin çətin olduğunu bildirdi. Frederiksen dedi ki, ən çətin məsələ hələ qarşıdadır" - Baş nazir qeyd edib.


SON XƏBƏRLƏR

13 Yanvar 2026