İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları ölkənin Pakistanla sərhədinə yaxın, cənub-şərqdə yerləşən Sistan və Bəlucistan əyalətində İsraillə əlaqəli bir neçə silahlı qruplaşmanı zərərsizləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Bildirilib ki, əməliyyatı zaman silahlılardan ABŞ istehsalı olan bir neçə hərbi təyinatlı sursat, eləcə də partlayıcı qurğular müsadirə olunub.
İddia olunur ki, İsraillə əlaqəli bu silahlılar xaricdə ciddi hazırlıq keçiblər və İran ərazisində sabotaj və terror aktları törətməyi planlaşdırıblar.
Müsadirə edilən silah-sursat arasında 21 tapança, dörd “Kalaşnikov” avtomatı, iki ov tüfəngi və 2516 döyüş patronu olub.
Həmçinin iki qaçaqmalçı saxlanılıb, onların silahları ilə yanaşı, avtomobili də müsadirə edilib.
SEPAH-ın xəbər saytının verdiyi məlumata görə, İsraillə əlaqəli qruplar İranın şərq sərhədlərindən ölkəyə daxil olub və əyalətin mərkəzi olan Zahidan şəhərində yeddi müxtəlif sığınacaqda gizləniblər.
Bakı 




