BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib.
Bakıvaxtı.az xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə – sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda – düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir", – paylaşımda qeyd olunub.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Avstraliyadan gələn xəbərləri son dərəcə kədərləndirici adlandırıb:
"Birləşmiş Krallıq Bondi çimərliyindəki dəhşətli hücumdan təsirlənən hər kəsə başsağlığı verir və onların yanında olduğunu bildirir. Mənə vəziyyətin gedişi barədə mütəmadi məlumat verilir".
Bakı 



