• Bakı C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Axtarışda olan 24 nəfər Türkiyəyə ekstradisiya olundu

DÜNYA

14 Dekabr 2025 | 15:54

Axtarışda olan 24 nəfər Türkiyəyə ekstradisiya olundu

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya qırmızı bülletenlə beynəlxalq axtarışda olan 24 nəfərin həbs edilərək ölkəyə gətirildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, son 2 il yarım ərzində 58 ölkədən 584 qırmızı bülletenlə axtarışda olan şübhəli şəxs Türkiyəyə gətirilib.

Son əməliyyatla bağlı isə A. Yerlikaya vurğulayıb ki, axtarışda olan şəxslərdən 19 nəfəri Gürcüstan, qalanları isə Almaniya, Avstriya, Monteneqro, Serbiya və Yunanıstanda yaxalanaraq Türkiyəyə ekstradisiya olunub.


SON XƏBƏRLƏR