Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qəzza zolağındakı böhranın həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bunu yerli universitet tələbələri ilə görüşdə bildirib.
Ərdoğan qeyd edib: "Biz lazımi addımları atırıq və yolumuzu qətiyyətlə davam etdirəcəyik. Qəzza nizamlanması ilə bağlı mövqeyimizdən geri çəkilməyəcəyik. Geri çəkilsək, nə Allaha, nə də Qəzzaya cavab verə bilməyəcəyik".
Bakı 



