İranda etirazlar başlayandan 297 nəfər həbs olunub.
Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin təhlükəsizlik qüvvələri yayıb.
Bildirilib ki, polisin əməliyyatı nəticəsində onlardan 19-u zərərsizləşdirilib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. Ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.
Bakı 




