• Bakı C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Yaponiya Qəzzaya mülki mütəxəssislər göndərəcək

DÜNYA

14 Dekabr 2025 | 14:26

Yaponiya Qəzzaya mülki mütəxəssislər göndərəcək

Yaponiya hökuməti Qəzza zolağında atəşkəsin monitorinqi üçün ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzində işləmək üçün mülki mütəxəssislər göndərmək niyyətindədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Asahi" qəzeti məlumat yayıb.

Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, mərkəzin işində yalnız humanitar sahədə iştirak gözlənilir. Həmçinin qeyd olunur ki, Yaponiya komandasına beynəlxalq humanitar təşkilatlar və QHT-lərdə çalışan və xüsusilə infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional mütəxəssislər daxil olacaq.

Atəşkəsdən sonra Qəzza sərhədi yaxınlığında İsrailin cənubunda mülki-hərbi koordinasiya mərkəzi yaradılıb. Mərkəz kəşfiyyat dronları və beynəlxalq təşkilatlar da daxil olmaqla müxtəlif mənbələrdən Qəzzadakı vəziyyətlə bağlı real vaxt rejimində məlumat toplayacaq. ABŞ-nin rəhbərlik etdiyi mərkəzdə 40-dan çox ölkə və təşkilat nümayəndələrinin iştirak edəcəyi bildirilib.


SON XƏBƏRLƏR

13 Dekabr 2025