Fransanın daxili işlər naziri Loran Nunyes ölkədə terror təhlükəsinin davam etdiyi şəraitdə respublikada yəhudilərin dini məkanlarının mühafizəsinin gücləndirilməsi barədə göstəriş verib.
Bakıvaxtı.az xəbər verir ki, "Le Parisien" qəzetinin məlumatına görə, daxili işlər naziri bu tapşırıqla bağlı müvafiq məktubu bazar günü, Sidneydə baş verən terror aktı fonunda prefekturalara göndərib.
“Mən xüsusilə 14–22 dekabr tarixlərində keçirilən bayramlar dövründə yəhudi dini məkanlarının ətrafında daxili təhlükəsizlik qüvvələrinin mövcudluğunu gücləndirməyi sizdən xahiş edirəm”, – deyə nəşr məktubdan sitat gətirib.
Öz növbəsində Fransa prezidenti Emmanuel Makron X sosial şəbəkəsində Avstraliyada baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. “Fransa Avstraliya xalqı ilə həmrəydir və antisemit nifrətə qarşı qətiyyətlə və güzəştsiz mübarizəni davam etdirəcək”, – deyə dövlət başçısı yazıb./APA
Bakı 



