Bazar günü Sudanın cənubundakı Dilling şəhərində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yeddi mülki şəxs həlak olub, on iki nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən xəstəxanalardan birinin işçisi AFP-yə bildirib.
Onun sözlərinə görə, qurbanlar arasında xəstələr və onların yoldaşları da var. Mənbə həmçinin qeyd edib ki, hərbi qulluqçularla yanaşı, hospital şəhər və ətraf ərazilərin sakinlərinə xidmət göstərir.
Bakı 



