Rusiyanın Perm vilayətinə xizəklərlələ gəzintiyə çıxan on üç nəfər itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, itkin düşən şəxslərin dünən gəzintiyə çıxdığı, bir müddət sonra həmin şəxslərdən birinin evlə əlaqə saxlayaraq zirvəyə çatdıqlarını və geri qayıdacaqlarını dediyi bildirilir.
Məlumata görə bundan sonra onlarla əlaqə kəsilib və turistlər düşərgəyə qayıtmayıblar.
Qrupda həm təcrübəli idmançıların, həm də həvəskarların olduğu bildirilir. Hazırda həmin ərazidə temperatur aşağıdır və qar yağışı müşahidə olunur.
Könüllülər sabah həmin şəxslərin axtarışına başlayacaqlar. Hazırda hava şəraiti pis olduğu üçün axtarış-xilasetmə işləri aparmaq mümkün deyil./APA
Bakı 



