Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev San-Fransiskoda ABŞ-nin Silikon vadisində yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, görüş zamanı startapçıların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.
Bakı 





