Qusarda avtomobilin vurduğu iki məktəblinin vzəiyyəti açıqlanıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri stabil qiymətləndirilir.
Qurumdan verilən məlumata görə, 2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Zeynəb Rzayeva
***
17:03
Qusarda məktəbliləri maşın vurub.
Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub.
Hadisə nəticəsində məktəblilər 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bakı 




