• Bakı C

    0.36 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Siyarto və Sikorski sosial mediada Rusiyaya görə mübahisə edib

DÜNYA

14 Dekabr 2025 | 21:07

Siyarto və Sikorski sosial mediada Rusiyaya görə mübahisə edib

Macarıstan və Polşa xarici işlər nazirləri Peter Siyarto və Radoslav Sikorski dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı "X"də mübahisə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Sikorski Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) liderlərinin Macarıstanı görməzdən gələrək Rusiya aktivlərini müsadirə etmək qərarının "bütün qanunları pozduğunu və müharibə elanı hesab edilə biləcəyini" bildirməsinə cavab olaraq "X"də paylaşım edib.

Sikorskinin şərhi qızğın mübahisəyə səbəb olub və Siyarto ona belə cavab verib: "Başa düşürük ki, siz həqiqətən Rusiya ilə Avropa arasında müharibə istəyirsiniz! Özümüzü sizin müharibənizə cəlb etməyə imkan verməyəcəyik!"

Polşa xarici işlər naziri daha sonra macar həmkarına yeni bir paylaşımla cavab verib: "Münaqişə Rusiyanın hücum hərəkəti olmadan baş verməyəcək. Amma görünür ki, Budapeşt bu dəfə də onun tərəfini tutmağa hazırdır".


SON XƏBƏRLƏR

14 Dekabr 2025