Dekabrın 14-də Sidneydə baş verən terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Yeni Cənubi Uels səhiyyə naziri Rayan Park deyib.
Nazirin sözlərinə görə, ölən 15 nəfər arasında Randvikdəki Sidney Uşaq Xəstəxanasında dünyasını dəyişən bir uşaq da var.
O bildirib: "Baş verən hadisə bütövlükdə icmamız, bütün avstraliyalılar üçün tamamilə dağıdıcıdır, lakin xüsusilə yəhudi icması üçün dağıdıcıdır".
Nazir atışmada yaralanan dörd nəfərin uşaq xəstəxanasına köçürüldüyünü bildirib.
***
15:40
Sidneydə (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12 nəfərə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis hadisəni terror aktı kimi təsnif edib.
"Bir polis nəfəri və atıcılardan biri də daxil olmaqla, azı 12 nəfər həlak olub. Digər hücumçu yaralanıb və ağır vəziyyətdə nəzarət altındadır. Şəhər xəstəxanalarına ən azı 25 nəfər aparılıb. Yaralılar arasında iki polis də var", - deyə açıqlamada bildirilir.
***
13:58
Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, əlində tüfəng olan iki silahlı şəxs insanlara atəş açıb.
Nəticədə 10 nəfər həlak olub. Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var.
Polis silahlı şəxslərin tutulması üçün çimərlik ərazisində xüsusi əməliyyat keçirib.
"Silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır. Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər", - deyə polisdən bildirilib.
Bakı 




