• Bakı C

    0.36 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

ABŞ Karib dənizində hərbi varlığını artırır

DÜNYA

15 Dekabr 2025 | 00:01

ABŞ Karib dənizində hərbi varlığını artırır

ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya təzyiqləri artırması fonunda Karib dənizində hərbi gücünü artırdığı bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) peyk görüntülərinə və uçuş məlumatlarına istinadən məlumat yayıb.

Həmçinin son günlərdə ABŞ-nin yanacaqdoldurma təyyarələrinin Dominikan Respublikasına yerləşdirdiyi bildirilir.

Məlumata görə ABŞ ilə Venesuela arasında gərginlik artdıqca Karib dənizində hərbi aktivlik nəzərəçarpacaq dərəcədə artıb.

ABŞ ordusu, dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan USS Gerald R. Ford və çoxsaylı hərbi gəmilər də daxil olmaqla, bölgəyə 15.000 hərbçi göndərib.

Hazırda ABŞ-nin Karib dənizində 11 hərbi gəmisi və çoxlu qırıcı təyyarəsi var./APA 
 


SON XƏBƏRLƏR

14 Dekabr 2025