Banqladeşin Xarici İşlər Nazirliyi hazırda Hindistanda olan keçmiş baş nazir Şeyx Hasinanın təhrikedici açıqlamaları ilə bağlı ciddi narahatlıq ifadə etmək üçün Hindistan səfiri Pranay Vermanı izahat almaq üçün çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Banqladeş XİN açıqlama yayıb.
Bildirilib ki, mühacirətdə olan Şeyx Hasina öz ifadələri ilə qarşıdan gələn parlament seçkilərini pozmaq məqsədi güdür.
Hindistan Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, Hindistan heç vaxt öz ərazisindən Banqladeşin maraqlarına zidd fəaliyyətlər üçün istifadə olunmasına icazə verməyib.
Bakı 



