• Bakı 26° C

    14.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Qaradağda zəncirvari qəza - Tıxac yarandı - YENİLƏNİB

HADİSƏ

15 Dekabr 2025 | 08:38

Qaradağda zəncirvari qəza - Tıxac yarandı - YENİLƏNİB

14.12.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib.

***

14 dekabr, saat 22:44

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə “KİA Sportage”, “Range Rover”, “Changan”, “Volkswagen” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026