• Bakı C

    15.62 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Qazaxda avtomobil TIR-a çırpıldı - Ölən var

HADİSƏ

13 Yanvar 2026 | 23:42

Qazaxda avtomobil TIR-a çırpıldı - Ölən var

Qazaxda minik avtomobili TIR-a çırpılıb, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qazaxbəyli kəndində qeydə alınıb.

Yol qəzası nəticəsində minik avtomobilinin sürücüsü Salmanov Kamran Osman oğlu həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


SON XƏBƏRLƏR

13 Yanvar 2026