Zaqatalada yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.
Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bakı 




