Cəlilabadda piyadanı avtomobil vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Bədirli kəndində baş verib.
Babaxanlı kənd sakini Zeynalov Ziyatay Uruf oğlu idarə etdiyi avtomobillə Bədirli kəndindən olan Əliyev Xudu Abdulla oğlunu vurub. Hadisə nəticəsində xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Zeynalov Ziyatay Uruf oğlu Babaxanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır./Teleqraf
Bakı 




