• Bakı C

    0.36 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Merz üçtərəfli görüşü yarımçıq tərk edib - YENİLƏNİB

DÜNYA

14 Dekabr 2025 | 21:47

Merz üçtərəfli görüşü yarımçıq tərk edib - YENİLƏNİB

Almaniya Kansleri Fridrix Merz Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən üçtərəfli görüşü yarımçıq tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, Merzin köməkçisi Günter Sautter isə danışıqlarda iştirak edir. 

Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.

***

20:24

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb.

Görüşün əsas mövzusu ABŞ-nin sülh planıdır.

Ukrayna tərəfində danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edir. Görüşə Almaniya kansleri Fridrix Merts də qatılıb.


SON XƏBƏRLƏR

14 Dekabr 2025